Nazir Soçi və Brüssel görüşlərini ilin ən önəmli hadisələri adlandırdı

“Çoxsaylı tərəflər nəticəsində müxtəlif görüşlər keçirildi. Ən önəmli hadisə isə Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü ilə keçirilən Soçi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel  tərəfindən təşkil olunan Brüssel görüşünü qeyd edə bilərik”.

Sabahinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Üçtərəfli bəyanatlarda əsas istiqamət kommunikasiyanın açılması, sərhədlərin müəyyənləşəməsi və Azərbaycan-Ermənistan arasında əlaqələrin normalaşdırması fonunda sülh sazişinin hazırlanması idi. Bundan başqa, mina xəritələrin verilməsi barədə danışıqlar gedir. 30 illik münaqişənin fəsadlarını aradan qaldırmaq əsas fəaliyyət istiqamətlərimizdən biri idi. Bu sahədə görüləcək işlərimiz gələcək illərdə də davam edəcək”. 

C.Bayramov deyib ki, bu il müxtəlif ölkərin 10 xarici işlər naziri Azərbaycana işgüzar səfər edib.

 “Bundan başqa, 8  xarici işlər nazirinin rəsmi səfəri olub. Növbəti illərdə də belə rəsmi və işgüzar səfərlərin daha çox olacağını hesab edirik”.(modern.az)