Nazirdən Tovuz gənclərinə hədiyyə

Tovuza səfəri zamanı gənclər və idman naziri Fərid Qayıbov Tovuz Gənclər Evinin şəraiti ilə maraqlanıb. Gənclər Evinin kollektivi ilə görüş zamanı nazirlik tərəfindən Tovuz Gənclər Evinə mikroavtobus hədiyyə edilib.

Qeyd olunub ki, mikroavtobus 2022-ci il üçün ölkəmizin gənclər paytaxtı olan Tovuz gəncləri üçün gözəl hədiyyədir. Nəqliyyat vasitəsi həm ucqar kəndlərə çıxmaq imkanı ilə yanaşı, əlilliyi olan şəxslərin rahat istifadəsi üçün tam təchizatlıdır.