UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” - “Jelezniçar” (Bosniya və Herseqovina) matçından sonra duyğulu anlar yaşanıb.
“Ağ-qaralar”ın kapitanı Emin Mahmudov oyunda geyindiyi formanı komandanın fiziki məhdudiyyətli azarkeşinə hədiyyə edib. Bununla bağlı görüntülər klubun “Facebook” hesabında paylaşılıb.
Qeyd edək ki, səfərdəki 2:2 hesablı heç-heçənin revanşında “Jelezniçar”ı 2:0 yenən “Neftçi” III təsnifat mərhələsinə yüksəlib. “Ağ-qaralar” bu raundda Türkiyənin “Beşiktaş” klubu ilə üz-üzə gələcəklər. Tərəflər arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı bir həftə sonra İstanbulda keçiriləcək.