İsrail hərbçiləri Qəzza zolağında “Qalxan və ox” əməliyyatı zamanı Fələstinin “İslami Cihad” radikal hərəkatının bütün rəhbərliyini məhv edib və əməliyyat uğurla başa çatıb.
Bunu bazar günü İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxışı zamanı deyib.
“Dünən gecə biz “İslami Cihad” terror təşkilatına qarşı beş günlük mübarizəni uğurla başa vurduq”, - deyə o, bəyan edib.
Netanyahu vurğulayıb ki, orduya və kəşfiyyata əməliyyat keçirmək tapşırılıb və bu göstəriş yerinə yetirilib. O, hərbçilərin fəaliyyətini yüksək qiymətləndirib.