Nəticədə Mərkəızi Bankın xərcləri artacaq - Taleh Kazımov

“10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib”.

Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb.

Onun sözlərinə görə, valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib: "Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb. Lakin narahatedici məqamlardan biri də təklif tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verərsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın qarşısını almaq üçün AMB sterilizasiya əməliyyatlarının genişlənməsini zərurir edəcək. Bu da hər kəsə aydındır ki, nəticədə Mərkəzi Bankın xərcləri artacaq”.