Milli Məclisin deputatı Nigar Məmmədova Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və burada təhsil alan bir sıra Abşeron rayonundan olan gənclərlə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və deputat Nigar Məmmədova Bakı Ali Neft Məktəbinin davam edən uğurlu fəaliyyəti, Zəfər Günü və COP29-la əlaqədar bir çox məsələləri gənclərlə müzakirə ediblər.
Vurğulanıb ki, müzəffər ölkənin gəncləri kimi Azərbaycan gənclərinin də qarşısında yeni hədəflər dayanır. Gənclərimizin COP29 konfransında da inkişaf və təcrübə mübadiləsi istiqamətləri genişləndirilir. Sevindirici haldır ki, qlobal proseslərdə gənclərin iştirakçılığı təmin olunmaqdadır.
Görüşdə aparılan müzakirələr zamanı O da bildirilib ki, hər bir gənc daha parlaq gələcəyə malikdir.
Tədbirdə, həmçinin gənclərimizin səsləndirdiyi fikirlər onların geniş dünya görüşündən xəbər verirdi.