“Nikosayağı” dəhşətli qəzaya düşdü: Qolu amputasiya edildi - YENİLƏNİB + VİDEO

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli Sabahinfo.az-a açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.

Hazırda  polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.

 

03:03

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov ağır yol qəzası törədib.

Sabahinfo.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 

N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə Gürcüstan seriyalı TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.