İrandakı Azərbaycan səfirliyinə hücum terror aktıdır.
Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov komitənin yanvarın 27-də keçirilən iclasında deyib.
1961-ci Konvensiyasından danışan N.Səfərov qeyd edib ki, İran İslam Respublikası bu sənədin tələblərini kobud şəkildə pozub. Deputat İran hökumətinin bu hadisəyə görə cavab verməli olduğunu deyib.