Novruz Aslanov seçiciləri ilə görüşdü 

Millət vəkili Novruz Aslanovun deputatlıq fəaliyyətinin əsas prioritetlərindən biri olan yerlərdə seçicilərlə görüşlər və qəbulların keçirilməsi 2024-cü ildə də iş qrafikinə uyğun olaraq davam edəcək. Belə qəbullar səyyar şəkildə kəndlərdə də həyata keçirilir.  

Sabahinfo.az xəbər verir ki, bu ilin ilk belə qəbulu yanvar ayının 25-də baş tutub. Millət vəkili İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib. Ənənəvi olaraq  İsmayıllı şəhərində yerləşən ofisində qəbula gələn 40 nəfərə yaxın seçicinin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb.

Sosial məsələlər ilə bağlı müraciətlər çoxluq təşkil edib. Bəzi məsələlərə dair millət vəkili öz məsləhət və tövsiyələrini verib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələnin həlli üçün müvafiq addımlar atılıb. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Seçicilərin qaldırdığı məsələlərin hamısı qeydiyyata alınıb. Deputatın səlahiyyətinə aid olmayan məsələlər barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. 

Ənənəvi olaraq sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.