Novruz Aslanovdan növbəti qəbul  - FOTOLAR

Fevral ayının 3-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edərək seçicilərinin qəbulunu keçirib.

Sabahinfo.az xəbər  verir ki, Ismayıllı şəhərində yerləşən ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 20-dən çox sakin iştirak edib.

Qaldırılan məsələlər əsasən şəxsi məişət problemi ilə bağlı olub. Sosial məsələlərlə də bağlı müraciətlər edilib. Bir neçə məsələ operativ surətdə həll edilib. 

Digər məsələlər qeydiyyata alınıb və aidiyyəti strukturlara müraciətin ediləcəyi bildirilib.