Odlar Yurdu Universitetində görüş

Odlar Yurdu Universitetində “FireLand Hackathon – Innovate the Future with AI” müsabiqəsində yüksək nəticə qazanan tələbələrlə görüş keçirdim.

Görüş zamanı tələbələri bu əlamətdar nailiyyət münasibətilə təbrik etdim və onların belə nüfuzlu yarışlarda fərqlənməsinin qürurverici olduğunu vurğuladım. Həmçinin ölkəmizdə innovasiya və texnologiya sahəsində gənclərə göstərilən davamlı dəstək onların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini və gələcək uğurları üçün geniş imkanlar yaratdığını qeyd etdim.

Bu nailiyyətlərin Azərbaycan gəncliyinin potensialını bir daha ortaya qoyduğunu xüsusi olaraq vurğuladım.

Samir Vəliyev

Odlar Yurdu Universitetinin prorektoru