Oğuz-Qəbələ-Bakı kəmərindən su paytaxtdakı anbarlara çatıb - VİDEO + YENİLƏNİB

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub.

Bu barədə Sabahinfo.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, kəmər ilə gələn su Bakı rayonlarındakı anbarlara çatıb.

Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq.
 

***10:50

Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olub.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

"Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq", - deyə o qeyd edib.