Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI 

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 227 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 109, ikinci mərhələ üzrə 34, üç və daha çox doza üzrə 76, pozitiv nəticədən sonra buster doza üzrə 8 nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 275, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 953, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 218, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 754, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 350 təşkil edir.