Ömər Eldarov Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edildi

Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Natiq Kamal oğlu Əliyev akademiyanın rektoru təyin edilib.

Qeyd edək ki, Ömər Eldarov 1927-ci il təvəllüdlüdür. Onun 95 yaşı var.