“Araşdırma və qiymətləndirmə aparmaqla təhsilverənlərə əlavə təhsilin məzmununu, müddətini və digər parametrləri müəyyənləşdirmək lazımdır”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, bu tək uşaq baçğaları və məktəblərə yox, həm də peşə təhsil müəssisələrinə də aiddir:
“Yeni bilik və bacarıqlar formalaşdırılsın, lakin təhsilverənlərin özünün bilik və səriştələrinin formalaşdırılması necə olmalıdır? Onlar da bu istiqamətdə biliklərini artırmalıdırlar. Ali təhsil müəssisələrinin təhsilverənlərini, professor müəllim heyəti ixtisaslarını harada artırırlar?! Bu hələ də bizim üçün böyük sualdır”.