"Onların əlindən Bakıda yaşamaq istəmirəm" - Renka

Rəqqasə Rəna Ağamuradova (Renka) sürücüləri təhqir edib. 

Sabahinfo.az xəbər verir ki, Renka hər dəfə maşın sürərkən problemlə qarşılaşdığını bildirib:

"Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki... Artıq onlarla mübarizə aparmaq gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən. Mən niyə hər gün stress yaşamalıyam axı".