Ordumuz Ağdərənin Çərəkdar kəndində

Azərbaycan Ordusu Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.

Sabahinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Ağdərə rayonunun inzibati tərkibinə verilib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.