Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada qeyd olunub.