Oxuculara təbiətlə bağlı yeni əfsanə təqdim olundu  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı kitabxanada həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsinə “Göygöl və Maralgöl əfsanəsi”ni təqdim etdi.

Yazıçı əfsanədə gözəl Odlar diyarının əsrarəngiz təbiətini, naz-nemətini, barını-bəhərini, insanlarının qonaqpərvərliyini yazıçı təxəyyülünün gücü ilə qələmə alır. O, padşahın oğlu Sultanla Maralın nakam sevgisini oxuculara çatdırır. Yazıçı təbiətin bizə bəxş etdiyi gözəllikləri əfsanələşdirərək daha da sevdirir, müqəddəsləşdirir. Əfsanəyə görə Sultanın axıtdığı göz yaşlarından yaranan gölü Maralgöl, Kəpəz dağı uçaraq, Ağsu çayının qarşısını kəsərək yaranan gölü Sultanın gözlərinə bənzədərək Göygöl adlandırdılar.

Əfsanə aşağıdakı keçiddə verilib:

 https://drive.google.com/file/d/1lcT3uobG4Y9Da-bmv_8kTdWd8NIp2ahM/view