"Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
"Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır. Bizdə qismən səfərbərlik oldu. Həmin səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırıldı. Həmin insanlar möhtəşəm döyüşürlər. Onlardan 14 nəfəri Rusiya qəhrəmanı adını alıb".