"Bu gün xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir. Bu da özəl olduğu üçün başa düşələndir. Söhbət ondan gedir ki, həmin məbləğ adi insanlar üçün böyük vəsaitdir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
“Həmin məbləğin bir çoxu da icbari tibbi sığorta ilə qarşılanmır. Ona görə də gərək dövlət xəstəxanlarına daha çox önəm verək. Həmin xəstəxanalar da yeni avadanlıqlarla sürətli şəkildə təchiz olunmalıdır”, - deputat vurğulayıb.