Pakistanda faciə: Səkkiz uşaq uçan damın altında qaldı

Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

Hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə kərpic damın bərbad vəziyyətdə olması səbəb olub. Damın qəfil çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.

İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.