"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən "Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə yekun tədbir "Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzi"-də baş tutub. 

Layihə rəhbəri və "Arabaçı Əlillər Şəbəkəsi"-in sədri Ruhin Cəfərov layihə haqqında çıxış etdikdən sonra əlilliyi olan şəxslərə paralimpiya idman növləri haqqında məlumatlar verilib. Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Rəhilə Həsrətova, Azərbaycanın  para-pauerliftinq milli komandasının baş məşqçisi Elşən Hüseynov, paralimpiya çempionu Elvin Astanov, atletika idman növləri üzrə məşqçi Mehman Ramazanzadə, "para-madminton üzrə məşqçi Rəvan Niftaliyev "paralimpiya idman növləri", "əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya üsulları" və s. mövzular üzrə çıxışlar ediblər. 

Açıq hava şəraitində təşkil olunan tədbirdə iştirakçılar paralimpiya idman növləri və bəzi abilimpiya oyunları ilə əyani tanış olublar.

Tədbirin sonunda iştirakçılara motivasiya məqsədi ilə sertifikatlar təqdim edilib və çay süfrəsi ətrafında əlilliyi olan şəxslər ilə səmimi görüş keçirilib.

#Paralimpiya #İdman #Təbliğat