Parlament diplomatiyası Milli Məclisin prioritetlərindəndir

Ölkə başçısının VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı parlamentin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir.

Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll edə bilən yeganə dövlətdir. Azərbaycan təkcə bölgəmizə deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarıdır. Üstəlik, bəzən dövlətimiz bunu bir çox güclərin planlarına zidd olaraq, bu planları həyat keçirir. Bu, Prezident İlham Əliyevin siyasi qətiyyəti, dürüstlüyü, parlaq düşünülmüş strategiyası, vətənpərvərliyi sayəsində mümkün olmudur. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edən, müstəqil iqtisadi siyasət aparan, dünyada baş verən geosiyasi proseslərə nüfuz edən bir dövlətdir.

Əlbəttə ki, bu uğurlara nail olmaq üçün bir çox şərtlər təmin edilməli idi. Bunlardan biridə qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirməsi və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların aparılması idi. 4 il bundan əvvəl növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli çıxışı yeni formalaşmış parlament qarşısında mühüm vəzifələr qoydu. İlk növbədə qeyd etmək lazımdır ki, VI çağırış Milli Məclisin fəaliyyəti çox mürəkkəb, gərgin və bir o qədər də tarixidir. Pandemiya, Vətən Müharibəsi, postpandemiya və post münaqişə dövrü ilə müşayət olunan parlamentimiz bir çox tarixi Qanun layihələri qəbul etmişdir. Bunların sırasına iqtisadi və siyasi, sosial islahatların, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, mühüm qanunlar qəbul edilib. Dəyişən reallıqlar fonunda qanunvericilik bazası daha da təkmilləşdirlir. Qarşıya qoyulan vəzifələrdən biri də deputatların seçicilərlə daim təmasda olmaları idi. Bu vəzifə də uğurla həyata keçirilir.

 Azərbaycanın xarici siyasətinin dəqiq strategiyasının mövcudluğunu qeyd edən dövlət başçısı bildirmişdi ki, "qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər, müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır". Ötən müddət ərzində parlament diplomatiyası çərçivəsində çox mühüm görüşlər, tədbirlər keçirmişdir. Xüsusi ilə, Qoşulmama Hərəkatı çərçivəsində Parlament Şəbəkəsinin yaradılması da buna bariz nümunədir.

Prezident İlham Əliyevin 2020-ci il martın10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı qarşıya vəzifələrin layiqincə yerinə yetirilməsi qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və gücləndirilməsində özünəməxsus rol oynayır.

 

Milli Məclisin Komitə sədri, professor

Hicran Hüseynova