Parlamentdə ABŞ-a qarşı bəyanat qəbul edilib - YENİLƏNİB

Milli Məclisdə yaradılan komissiya ABŞ-a qarşı Bəyanat hazırlayıb.

Sabahinfo.az xəbər verir ki, Bəyanatı deputat Kamilə Vəliyeva oxuyub.

Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

***11:37

Milli Məclis ABŞ-la bağlı Milli Məclisin bəyanatının hazırlanması üçün komissiya yaradıb. 

Sabahinfo.az xəbər verir ki, deputat Ziyafət Əsgərov komissiyanın sədri təyin edilib. 

Digər deputatlar Səməd Seyidov, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Tamam Cəfərova, Kamilə Əliyeva komissiyanın üzvləri təyin ediliblər.

11:08

Milli Məclisin gündəliyinə dəyişiklik olub.

Sabahinfo.az xəbər verir ki, iclasın gündəliyinə daha bir məsələ əlavə olunub. Bununla da müzakirə ediləcək məsələlərin sayı 21-ə çatıb.

Belə ki, Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.