"Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, istər Milli Məclisdə, istərsə də mətbuatdakı çıxışlarında hansı mövqedə olduğu bəllidir.
"Bu çıxşların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamlı təklif etdi ki, İntizam komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətin yanında olan insanam", - deyə deputat bildirib.