Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına həmin məsələ daxil edilib.
Dinləmədə Ermənistanın işğalı nəticəsində insan hüquqlarının pozulması məsələləri müzakirəyə çıxarılacaq.
Həmçinin Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında müəyyən edilməsinin hüquqi mexanizmləri ilə bağlı müzakirələr aparılacaq.