Parlamentdə zəlzələ qurbanlarının xatirəsi yad edildi

“Bildiyiniz kimi, fevralın 6-da qardaş Türkiyənin Kahramanmaraş şəhərində və ətraf əyalətlərdə güclü zəlzələ baş verib. Türkiəyədə həyatını itirən bacı və qardaşlarımıza Allahdan rəhmət diləyir, xəsarət alanlara tez sağalmalarını diləyirik”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Milli Məclisdə Türkiyədə həyatını itirənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.