Parlaq qələbələr

Yeni Azərbaycan Partiyası çox ciddi, aktual məsələlərdə hər zaman öndədir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) öz fəaliyyəti ilə dövlətimizin və xalqımızın mövqeyini ifadə edir. Çünki YAP-ın məqsəd və məramı dövlət və xalqa xidmət etməkdir. Bunu da hələ YAP təsis ediləndə Ulu Öndər Heydər Əliyev istəmişdir. YAP yarananda ölkədəki digər partiyalar üçün də bir ideoloji istiqamət vermiş oldu. Həmçinin ümummilli məsələlərdə xalqın ideolji biliyi üçün işıq yolunu açdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qaydışından sonra ölkədə ictimai-siyasi proseslər öz axarına düşdü. Azərbaycan yeni inkişiaf mərhələsinə qədəm qoydu. Bu illər ərzində YAP da tarixi inkişaf yolu keçmişdir. Bu inkişaf YAP-ın strategiya və hədflərində də özünü göstərmişdir. Məhz Ulu Öndərin YAP-a sədr seçilməsindən sonra yüz minlərlə insan partiyaya üzv olmuşdur. Partiya üzvləri dövlət əhəmiyyətli məsələlərin həlli üçün öz gücünü səfərbər etdilər. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli azərbaycançılıq ideologiyası YAP tərəfindən uğurla həyata keçirildi və praktiki olaraq tətbiq edildi. Bu da YAP-ın Azərbaycan xalqına və dövlətinə ərməğan etdiyi ən dəyərli töhfələrdən biridir. Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayındakı çıxşında Prezident İlham Əliyev bildirib ki, ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır: “İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”.

YAP tərəfindən atılan bütün addmlar kütlə, xalq tərəfindən yüksək qiymətləndirilir. Ümumilikdə YAP çox ciddi, aktual məsələlərdə hər zaman öndədir. YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuşdur. Belə ki, YAP-ın Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır. Qurultayda yeni nizamnaməsinin qəbul edilməsi partiyanın inkişafında yeni mərhələnin əsasını qoydu.

YAP xalqın partiyasıdır deyə ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları güclüdür. YAP-ın proqram və prinsipləri Azərbaycanın milli maraqlarına tam cavab verir. Bu illər ərzində partiya ölkəmizin müstəqilliyinə, vətəndaşlarımızın maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın inkişafına xidmət edib.Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı. Bütün bu prinsipləri rəhbər tutan YAP-ın cəmiyyətdə rolu ildən-ilə artır. Məhz buna görə də partiya sıralarına insan axınını da sürətləndirir.

Azərbaycanın Prezidentini, onun həyata keçirdiyi siyasəti xaqlımız mütləq şəkildə dəstəkləyir. Vətən müharibəsi günlərində də bu siyasət davam etdirilmişdir. Bu, ondan irəli gəlir ki, dövlətin atıdığı hər bir addım xalqın milli maralarının müdafiə olunmasına xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan xalqı bir yumruq kimi səfərbər olmuşdur: “Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri iştirak edib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.

YAP yarandığı gündən ölkədə keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Bu da Azərbaycanın reallıqlarından biridir. 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri bunu bir daha sübut etdi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

 

 

 

 

 

 

 

 

.