Azərbaycan silahlı qüvvələri öz mövqelərini taktika və mühəndislik baxımından gücləndirməkdə davam edir.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan bildirib.
Onun sözlərinə görə, sərhəddəki Azərbaycan mövqelərinin strateji əhəmiyyəti var: "Mən hələ də o “beşinci kolon”un harada olduğunu bilmirəm. Və əgər baş nazir Nikol Paşinyan bilirsə, o zaman beşinci kalonun liderlərinin kim olduğunu niyə qeyd etmədiyi anlaşılmazdır. Açıq-saçıq bəyanatlar mənasız PR və ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Məqsədləri təslim olmaq idi və bəhanə əldə etmək üçün günahkarları, müxtəlif səbəblər tapmalıdırlar".