"Ermənistan Respublikası son 3 ildə Qarabağa (erməni icmasına -red.) bir milyard dollardan artıq maliyyə yardımı edib”.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Mənim təhlilim göstərir ki, Qarabağ ermənilərinin bu müddət ərzində heç nəyə ehtiyacı olmayıb”, - Paşinyan vurğulayıb.