Ermənistanın baş naziri Nikol Paşinyan 3,5 il əvvəl üzərinə götürdüyü öhdəliyi pozur.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
O vurğulayıb ki, sülhə mane olan digər amillər aradan qaldırılmalıdır: "Birincisi, ondan çıxış etsək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olması ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə danılmaz hörmətə əsaslanmalıdır. Bu halda Ermənistan bağlanmış sülh sazişinin mahiyyətinin qanunvericiliyə, o cümlədən Konstitusiyanın mövcud məzmununa, Azərbaycana qarşı açıq-aydın ərazi iddialarına və orada “Qarabağ Ermənistanın bir hissəsidir” sözlərinə diqqət etməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etməsi nəzərə alınmaqla bu ziddiyyət aradan qaldırılmalıdır".
Diplomat sülhə gedən yolda ikinci çağırış kimi Azərbaycanla Naxçıvanın quru yolla birləşdirilməsini bildirib.