Paytaxtda sıxlıq olan yolların SİYAHISI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Sabahinfo.az-a verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti Bakı Olimpiya Stadionunun qarşısından başlayaraq “Asan xidmət”in qarşısına qədər;

2. Bakı-Sumqayıt şosesi “Masazır” dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər Moskva prospekti də daxil olmaqla;

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq “Çıraq Plaza”nın qarşısına qədər;

4. Koroğlu Rəhimov küçəsi F.Xoyski küçəsi ilə kəsişmədən başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq “20 Yanvar” dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Babək prospekti Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən başlayaraq Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər.