Pentaqon: "Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır"

"Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır".

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair məlumatında bildirilib.

Qeyd olunub ki, tərəflər görüşdə regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.

Xatırladaq ki, K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.

Səfər zamanı nümayəndə heyətinin “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq. /Report