"Peşə təhsili alanların arasında qızların sayı artmalıdır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, elə peşələr seçmək lazımdır ki, yuxarı sinfə gedə bilməyən qızlar məhz orada təhsil ala bilsinlər:
“Ən azı əlində sənəti olsun ki, gələcəkdə özü öz ayaqları üzərində dayana, ailəsini dolandıra bilsin. Bu sahədə işləri gücləndirmək lazımdır. Artıq bu istiqamətdə işlər gedir”.