“Peşə təhsilindən okean sularına qədər” məsafə başa çatdı

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsilindən okean sularına qədər” layihəsini uğurla başa çatdırıb.

Bu haqda redaksiyamıza İctimai Birliyin Analitik-İnformasiya Bölümündən məlumat  verilib.  Məlumatda deyilir ki, icra olunan layihə mərhələlərlə həyata keçirilib və aparılan işlər yüksək nəticə verib.

Layihə çərçivəsində  “Maarif” nəşriyyatında dərc eilən  “Peşə təhsilindən dünya sularına” adlı kitabın silsilə təqdimat mərasimləri keçirilib.

Bir 2 nəfər şəkili ola bilər

Azərbaycan Dövlət Dəniz və Liman Agentliyində, Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində,  United Alliance Group LTD-də, “İST Services” Əlavə Tədris Mərkəzində görüşlər keçirilib, dərc olunan kitab təqdim edilib və tədris mərkəzlərinin kitabxanalarına və tələbə- dinləyicilərə hədiyyə edilib…

Azərbaycan Dövlət Dəniz və Liman Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə imanova, Azərbaycan Dövlət Dəniz Akademiyasının TTM-nin tədris şöbəsinin müdiri Namiq Mollayev, United Alliance Group LTD-nin tədris şöbəsinin müdiri Rəşad Fətullayev, Tədris mərkəzinin  DHDNÇ təlim-tədrisi üzrə müəllimi Vamik Rəhimov, “İST Services” Əlavə Tədris Mərkəzinin məsul şəxsləri ilə layihənin yekun tədbirlərinə uyğun olaraq aparılan söhbət zamanı  layihənin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyi xüsusi olaraq qeyd olunub.

 

Bir 4 nəfər və mətn şəkili ola bilər

Sentyabrın 21-də dəniçilik peşələrinin tədris olunduğu “Kaspian Education Center” MMC-nin akt zalında keçirilən təqdimat mərasimi də uzun müddət yaddaşlarda qalacaq. Tədbirdə iştirak etmək üçün gələn  məktəbin müəllim və dinləyici tələbələrin çoxluğu nəzərə alınaraq ilə eyni gündə iki görüş-təqdimat keçirildi.

Bir 5 nəfər və mətn şəkili ola bilər

Tədbiri giriş sözü ilə  “Kaspian Education Center” MMC-nin direktoru, ADDA-nın baş müəllimi Elxan Məmmədov açaraq hər kəsi salamlayaraq  tədbir iştirakçılarına “DSD” İB-nin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsilindən okean sularına qədər” layihəsi çərçivəsində dərc olunan kitabın məziyyətləri haqda danışdı və sözü “DSD” İB-nin sədri, gəmi kapitanı, layihə rəhbəri Faiq Balabəyliyə (F.Səfərov) verdi. Faia Balabəyli tədbir iştirakçılarına  layihənin gedişi, dərc olunan kitabda  Beynəlxalq Dəniz Təşkilatının tövsiyyəsi və qərarları, eyni zamanda da 12 məcəlləsinin gəmilərin əmniyyətli idarəolunması üçün müstəsna xidmətlərindən bəhs etdi.

Tədbirdə iştirak edənlər, “Kaspian Education Center” MMC-nin müəllimi uzaq səfərlər kapitanı Dadaş Dadaşov, XDND-sın əməkdaşları, DSD İB-nin idarə heyyətinin sədr müavinləri, eyni zamanda layihənin işçi qurpuna daxil olan  Fərrux Həmidli və Tural Balabəyli dənizçilik peşəsinə sahiblənəcək gənclərə layihənin və dərc olunan kitabın dənizçilik sahəsi üzrə atılan çox böyük bir uğur olduqlarından bəhs etdilər.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşən “Peşə təhsilindən okean sularına qədər” layihə çərçivəsində dərc olunan  kitabın tərtibçisi və çapa hazırlayanı “AXDG” QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyli,  redaktoru Şahlar Məmmədov, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir, üz qabığındakı fotoların müəllifi Turab Məmmədovdur

Dənizçilərimizin seçdiyi peşəni mükəmməl mənimsəməsi üçün nəzərdə tutlan kitabın məsləhətçləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi departamentinin rəis müavini, uzaq səfərlər kapitanı Şahlar Məmmədov və Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə olunması Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyevdir.