PKK-nın "rəhbər şəxsi" öldürüldü

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk əyalətində daha bir əməliyyat keçirib.

Sabahinfo.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində “Rozerin Şemzinan” kod adlı Sariye Atilla məhv edilib.

Onun PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri olduğu, Hakurk əyalətindən məsul olduğu bildirilir.