PKK-nın rəhbər şəxslərindən biri məhv edildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Sabahinfo.az xəbər verir ki, həyata keçirilənəməliyyatda terror təşkilatı PKK/KCK-nın qondarma şura idarəçilərindən olan "Şevqər Çiya" kod adlı Sedat Aksunu zərərsizləşdirib.

Təşkilat uzun müddət Sedat Aksunun tutduğu vəzifəyə görə zərərsizləşdirildiyini gizlədib. Lakin sonradan "Şevqər Çiya" kod adlı Sedat Aksunun ölümünü qəbul etməli olub.