Prezident Budapeştdə naməlum əsgərin məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Sabahinfo.az xəbər verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.