Prezident İlham Əliyevin tarixi, iqtisadi qələbəsi

 “NABUKKO”—19-cu əsrdə yaşamış dahi italyan bəstəkarı Cüzeppe Verdinin bəstələdiyi 26 operadan 3-sü və ən çox ona şöhrət gətirmiş operanın adıdır.

2000-ci illərin ortalarında Avropanın təbii qazla təminatı üçün Rusiyadan kənar alternativ marşrutların yaradılması məqsədilə Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstandan keçməklə, Avstriyaya qədər 3300 km uzunluğunda kəmərin çəkilməsi nəzərdə tutulurdu. Qaz kəmərinə Nabukko adı verilmişdi. Ancaq operadan fərqli olaraq, qaz kəmərinin bəxti gətirmədi. Süni şəkildə qabardılmış siyasi, iqtisadi, ekoloji səbəblər, insan haqqları bəhanəsi ilə pərdələnmiş QHT-lərin pərdə arxası oyunları, sağlam rəqabəti qəbul etməyən, Azərbaycanın güclü dövlətə çevrilməsini istəməyən bəzi ölkələrin təzyiqləri sayəsində Nabukko layihəsindən imtina olundu. Əvəzində Rusiyanın “Cənub axını” layihəsinə start verilməklə, “Nabukko” layihəsi icra olunmamış, tarixin arxivnə göndərildi.

Keçmişi xatırlamaqla, bu günki qələbələrimizin hansı çətinliklərdən keçdiyini, cəmi 44 gün ərzində 30 illik müdafiə istehkamlarını dağıtmaqla, işğalçı ordunu darmadağın edən ordunu formalaşdıran dövlətin iqtisadiyyatının necə yarandığını göstərməkdir.

Bu günki reallıq ondan ibarətdir ki, bütün çətinliklərə rəğmən Prezident İlham Əliyev başqa bir tarixi layihəni həyata keçirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin başlanğıc seqmenti hesab olunan TANAP(TransAnadolu), 2020- ci ilin sonunda isə TAP (TransAdriatik) kəmərləri istifadəyə verildi. Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyəti və beynəlxalq nüfuzu xeyli artdı.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında 7-ci iclasında çıxış etmişdir.

-Cənub Qaz Dəhlizinin inşası başa çatması münasibətilə iştirakçıları təbrik etdi.

-Cənub Qaz Dəhlizi kimi möhtəşəm transmilli layihədə 18 ölkədən 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının iştirakı, bir mənalı olaraq Prezident İlham Əliyevin qələbəsidir. ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya kimi ölkələrin siyasi, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Avropa və Asiya İnvestisiya Banklarının, BP şirkətinin maliyyə dəstəyini almaqla belə bir nəhəng layihənin icrasını məhz İlham Əliyev kimi peşəkar bir dövlət adamı təmin edə bilərdi. Burada xüsusi olaraq bir rəqəmi vurğulamaq yerinə düşər. Azərbaycanın 10 milyard dollar vəsait xərclədiyi Layihənin ilkin dəyərinin 44,6 milyard hesablanmasına baxmayaraq, 33 milyarda icra olunmasıdır.

-Prezidentin işğaldan azad olunmuş bölgələrin bərpası ilə bağlı Müşavirə iştirakçılarına açıqladığı ideyaları, gələcəyə hesablanmış strateqiyanın başlanğıcı kimi qəbul etmək lazımdır. Bərpa məsələlərində alternativ enerjiyə, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinə üstünlük veriləcəyini, ən müasir ekoloji standartların tətbiq olunacağını elan etməsi prinsipial siyasi məna kəsb edir. Belə bir ciddi bəyanatla ölkə Başçısı erməni vəhşiliklərindən sonra, Azərbaycan xalqının ətraf mühitə olan münasibətini göstərməkdir. Yaxın illərdə dünya hər iki xalqın nəyə qadir olduğunu əyani şəkildə görəcəkdir.

-Yanvar ayında Türkmənistanla imzalanmış “Dostluq” yatağının birgə istsmarı, Xəzərin Azərbaycan sektorunda artıq təsdiqlənmiş yeni yataqlar, Cənub Qaz Dəhlizinin gücünə güc qatmaqla, gələcəkdə Avropanın qaz şəbəkəsinin genişlənməsinə imkan verəcəkdir.

- Xəzər dənizinin şərqində yerləşən ölkələrin Azərbaycanın neft-qaz kəmərlərinə qoşulması, tranzit ölkə kimi əlavə dividentlər gətirməklə, hərtərəfli iqtisadi münasibətlərin inkişafını şərtləndirəcəkdir.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, dünya miqyasındakı rolunu və əhəmiyyətini getdikcə artıracaqdır. . Ölkəmiz doğru yoldadır, ən mürəkkəb layihələri belə həyata keçirmək iqtidarındadır.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı