Prezidentin səlahiyyətli nümayəndələrinin sosial təminat məsələsinə baxıldı

“Bildiyiniz kimi, Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılıb və onlar müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Bu institut Prezident Adminstrasiyasının strukturuna daxildir”.

Sabahinfo.az xəbər verir ki, bunun Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib.

1-ci vitse-spiker qeyd edib ki, səlahiyyətli nümayəndlər və onların müavinləri PA-nın əməkdaşıdırlar, dövlət qulluçusudurlar.

"Bu dəyişiklikdə onların statusu ilə yanaşı sosial təminatı məsələsi də nəzərdə tutulub. Qeyd edim ki, icra hakimiyyətləri əhali və Prezidentin səlahiyyətli nümayəndəsi ərazi ilə məşğul olurlar”, - deyə Ə.Hüseynli bildirib.

Çıxışlardan sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edilib./bakivaxti.az