Prezidentliyə namizəd məşhur zavod direktorunun oğluymuş...

7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkisində 7 namizəd mübarizə aparacaq.

Seçkilərə 8 gün qalır. Bu aralar namizədlərlə bağlı hər bir məlumat ictimaiyyətin maraq dairəsinə düşür.

Sabahinfo.az
 xəbər verir ki, 7 fevral seçkisində namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev məşhur zavod direktorunun oğluymuş.

Belə ki, onun atası Ağası Heydər oğlu Əliyev sovetlər dövründə 20 ilə yaxın müddətdə zavod direktoru işləyib.

Ağası Əliyev əvvəlcə "XXII qurultay" adına zavodun - "Azərneftyağ"ın, daha sonra Bakı Şin zavodunun direktoru vəzifələrində çalışıb.

Keçmiş zavod direktoru dünyasını dəyişib./modern.az