"Professional məqalələrin yazılması" təlimi keçirilib

Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi "Gənclər həftəsi" çərçivəsində "Professional məqalələrin yazılması" təlimini həyata keçirdi. Könüllülər proqram ərzində məqalə yazmaq bacarıqlarını inkişaf etdirərək müxtəlif mövzularda məqalələr yazaraq onlar üzərində diskussiyalar apardı.

Təlim sonunda könüllülər sertifikatla təmin olundu.