Prokurorluğa qəbulla bağlı müsabiqənin nəticələri AÇIQLANDI

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 11 aprel 2023-cü il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluqdan Sabahinfo.az-a verilən xəbərə görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 72 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün 29 noyabr - 06 dekabr 2023-cü il tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarına əsasən artırılaraq 52 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 52 namizəd 11 dekabr 2023-cü il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 3 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla, müxtəlif medallarla təltif edilmişdir.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin SİYAHISI

1. Abdullayev Vəzir Əyyub oğlu
2. Abdulrahmanlı Sevinc Əli qızı
3. Ağalı Amil Əlabbas oğlu
4. Atakişiyev Elvin Arif oğlu
5. Babayev Fərid Fərrux oğlu
6. Bayramlı Ləman Bünyad qızı
7. Bayramlı Nurlana Bayram qızı
8. Cabbarlı İlkanə Nizami qızı
9. Cəfərova Lamiyə Elman qızı
10. Əhmədov Fərahim Fikrət oğlu
11. Əhmədov Firat Nemət oğlu
12. Əhmədzadə Əhməd Elman oğlu
13. Əkbərova Aytac Razim qızı
14. Əsgərli Tuncay İdris oğlu
15. Hacıbəyli Fərid Həsən oğlu
16. Hacıyev Vüsal Sədi oğlu
17. Həsənov Əlirza Sənan oğlu
18. Həsənov Qərib Vaqif oğlu
19. Həsənov Ramin Rizvan oğlu
20. Həsənov Rəmzi Elçin oğlu
21. Həsənli Şəbnəm Xaliq qızı
22. Hüseynov Fərid Fazil oğlu
23. Xəlilli Hüseyn Şahin oğlu
24. İmanov Pərviz Fədai oğlu
25. İsalı Aytac Vəli qızı
26. İsgəndərov Murad Məmməd oğlu
27. İsgəndərova Gülçin Rəşadət qızı
28. İsmayılzadə Vaqif Xəyyam oğlu
29. Kərimova Aida Aleksandrovna
30. Qənbərov Cavid Mehman oğlu
31. Qurbanlı Cahid Nazim oğlu
32. Mahmudov Ağa Alqulu oğlu
33. Mahmudov Anar Rəsul oğlu
34. Mahmudov Mirkənan Mirkazım oğlu
35. Məmmədli Murad Sadiq oğlu
36. Məmmədov Orxan Elxan oğlu
37. Mirzəyev İmran Mahiyəddin oğlu
38. Misgərli Şahlar Faiq oğlu
39. Murtuzayev Əli Firdovsi oğlu
40. Mustafayev Elvin Ağalar oğlu
41. Mustafayev Əşrəf Əli oğlu
42. Mustafayev Kamil Haqverdi oğlu
43. Mustafayev Vüqar İmdad oğlu
44. Muxtarov Abdulla Ceyhun oğlu
45. Nəzərli Aidə Şahin qızı
46. Rəhimli Ədalət Əmrah oğlu
47. Rəhimov Mirzalı Əbil oğlu
48. Salamzadə Yaqub Namiq oğlu
49. Seyidov Rüfət Mahir oğlu
50. Səfixanov İlkin Qardaşxan oğlu
51. Şahverdiyev Məftun Mübariz oğlu
52. Şəmilov Rahman Qaibverdi oğlu