PSJ hücumçu Lionel Messi və müdafiəçi Serxio Ramosun müqaviləsini uzatmaqla bağlı danışıqları dayandırıb.
Sabahinfo.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi oyunçularla danışıqları bərpa etmək üçün mövsümün sonuna qədər gözləyəcək. Bildirilib ki, maliyyə feyr-pley qaydalarına pozan PSJ-yə qarşı yeni sanksiyalar təhlükəsi səbəbindən vəziyyət mürəkkəbləşib.
Klub bu yaxınlarda illik 400 milyon avro itki verib və yaxın həftələrdə maaş məbləğini azaltmağa çalışacaq. Paris təmsilçisi futbolçularla feyr-pley qaydalarını nizama saldıqdan sonra yeni müqavilə imzalaya bilər.
Qeyd edək ki, Fransa mətbuatı PSJ-nin feyr-pleyə əməl etmək üçün 5 oyunçu ilə yolları ayırmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı.