Cari mövsüm milli çempionatlarda çərçivəyə ən çox zərbə endirən klublar bəlli olub.
Sabahinfo.az xəbər verir ki, CİES-in cədvəlində dünyanın 54 liqasından 900 komanda yer alıb.
Bu siyahıda dünya rekordçusu PSV-dir. Niderland klubu hər görüşdə 8,92 dəfə çərçivəyə düşüb. “Bayern München” ikinci, “Celtic” üçüncüdür.
1. PSV – 8,92
2. “Bayern München” – 7,13
3. “Celtic” – 7,07
4. “Ludogorets” – 7,04
5. “Feyenoord” – 7,00
6. “Srvena Zvezda” – 6,94
7. “Glasgow Rangers” – 6,86
8. “Al-Hilal” – 6,83
9. “Benfica” – 6,76
10. “Manchester City” – 6,68
Azərbaycan Premyer Liqasının rekordçusu “Qarabağ”dır. Çempionatın lideri hər oyunda çərçivəyə 5,81 zərbə vurub. Ağdam klubu CİES-in sıralamasında 39-cudur.
Premyer Liqada “Turan Tovuz” ikinci, “Sabah” üçüncüdür. Ən az zərbə vuran komandalar isə “Sumqayıt”la “Zirə”dir.
1. “Qarabağ” – 5,81
2. “Turan Tovuz” – 4,64
3. “Sabah” – 3,81
4. “Qəbələ” – 3,73
5. “Səbail” – 3,73
6. “Araz-Naxçıvan” – 3,57
7. “Neftçi” – 3,50
8. “Kəpəz” – 3,38
9. “Zirə” – 2,77
10. “Sumqayıt” – 2,73