"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.
"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, artıq 10 min bilet satılıb.
O bildirib ki, “Marsel” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: "Sosial şəbəkələrdə məlumat yayılıb ki, guya oyuna ucuz bilet qalmayıb. Bu yalan məlumatdır. Azarkeşlər onlayn şəkildə və ya kassalara yaxınlaşaraq ucuz bilet əldə edə bilərlər. Oyuna bilet qiymətləri 5 manatdan 100 manata qədərdir", - G.Abbaszadə deyib.
G.Abbaszadə qeyd edib ki, komanda oyuna tam hazırdır.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.