Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb. O, 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.