Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəal şəkildə işləyir və regionda sabitliyin ciddi təminatıdır.
Sabahinfo.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
V.Putin bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə xidmət edir: "Birgə əməkdaşlıq sabitliyin və tərəflərin sülhə yönəlmiş növbəti addımlarının razılaşdırılmasının ciddi təminatıdır".