Ali məktəblərə qəbul imtahanlarının keçirilməsində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.
“İmtahan prosesində baş verəcək bütün dəyişikliklər əvvəlcədən elan edilir. Xüsusilə imtahanın məzmunu ilə əlaqədar bütün dəyişikliklər sentyabr ayında hər bir fənn üzrə ictimaiyyətə təqdim olunur. “Abituriyent” jurnalının xüsusi buraxılış nömrələrində isə yeni növ tapşırıqlar təqdim edilir. Bunların hamısı ilin əvvəlində pedaqoji ictimaiyyətə, abituriyentlərə təqdim edilir”, - deyə DİM sədri bildirib.
Məleykə Abbaszadə cari ildə keçiriləcək ali məktəblərə qəbul imtahanlarının regionlar üzrə cədvəlinin yaxın vaxtlarda açıqlanacağını qeyd edib.